Azərbaycan Premyer Liqasının növbəti turunda “Qarabağ”la qarşılaşacaq olan “Bakı” klubu bu matça çıxmaya bilər.
İdmanxeber.com-un məlumatınba görə, klubda futbolçulara maaş verilmədiyi üçün oyunçular “Qarabağ”la görüşə çıxmamaq qərarına gəliblər. Yaxın günlərdə maaş problemi həll olunmasa “Qarabağ” – “Bakı” görüşü baş tutmayacaq.