16 Oktyabr 2024
Kateqoriyasız

“Bakı” iddialı hazırlaşır

Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Bakı” futbol klubu təlim-məşq toplanışı keçirir.

Idmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxtın otellərində birində məskunlaşan komandanın toplanışə iki mərhələdən ibarətdir. Birinci mərhələ 7-12 oktyabr tarixinı əhatə edəcək. Bu müddət ərzində komanda gündə iki dəfə məşq edəcək. Bu gün isə saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda İbrahim Uzuncanın futbolçuları “Neftçi” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Oyundan sonra bir günlük istirahətin ardından təlim-məşq toplanışının  ikinci mərhələsi start götürəcək. 13-18 oktyabr tarixlərini əhatə edəcək bu mərhələdə daha bir yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Təlimlərin ardından komanda Premyer Liqanın VIII turunun  oyununu keçirmək üçün Lənkərana səfər edəcək.

Təlim-məşq prossesinin gedişi barədə “Bakı”nın baş məşqçi İbrahim Uzunca klubun saytına fikirlərini bildirib:

“Bilirsiniz ki, Azərbaycan Premyer Liqasında fasilədir. Bu hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandam çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün hərəkətlər üzərində  qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43