Dünya futbolu

“Bakı”nın futbolçuları baş məşqçisiz qaldı

Litva millisinin baş məşqçisi Çobo Laslo istefaya göndərilib.

Sözügedən ölkənin futbol federasiyası müqavilənin qarşılıqlı şəkildə pozulduğunu açıqlayıb.

Buna səbəb, komandasının DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxış etməsi olub.

Qeyd edək ki, Litva yığmasının heyətində “Bakı”nın futbolçularından Deyvidas Çesnauskis və Mindauqas Kalonas da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43