Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq futbolçusu : “Neftçi”dən təklif alsam, dəyərləndirməyə çalışaram”

2011/2012 mövsümündə “Xəzər Lənkəran”ın şərəfini qorumuş Andrey Mureşan hazırda öz ölkəsində karyerasını davam etdirir.
28 yaşlı müdafiəçi “Astra” klubunda oynayır. Özü də bu komandanın kapitan sarğısını daşıyır. Lənkəran klubunun heyətində etibarlı oyunu ilə yadda qalan Mureşan ötən mövsümün əvvəllərində ölkəmizi tərk etmişdi.
Futbolçu bir neçə maraqlı açıqlaması ilə diqqət çəkib. Mureşan öncə Avropa Liqasının "pley-off" mərhələsinə düşə bilməmələri haqda danışıb.
"Xəzər Lənkəran"ı böyükhesablı məğlubiyyətə uğradan "Makkabi" məhz "Astra"nı udaraq qrupa düşmüşdü. Rumın futbolçu məsələ haqda belə danışıb: "Bu bizim üçün çox pis nəticədi. İlk yarıda hesabı açanda düşündüm ki, lazım olan hesabı qazana biləcəyik. Amma bu Avropa Liqasının oyunlarıdı. Asan rəqib yoxdu. “Makkabi” həqiqətən də çox güclüdü. Biz tarixi klub olsaq da, qalib gələn tərəf onlar oldu.
"Xəzər Lənkəran"a 8 qol vurduqlarını da bilirəm. "Makkabi" qarşısında nəsə etmək mümkün deyil. Onlar öz gücləri hesabına hər şey edə biləcək komandadı".
Söhbət əsnasında Mureşan yayda Azərbaycan klublarından təklif almadığını bildirib: "Azərbaycanda bir mövsüm oynadım. Buna baxmayaraq oranın futboluna bələdəm. Yayda gözlədim, ancaq heç bir təklif gəlmədi. Ona görə də, mövsümə elə "Astra"da başladım".
Ardınca rumın stopper maraqlı açıqlama verərək, "Neftçi"dən təklif olacağı təqdirdə gələ biləcəyini də gizlətməyib: "Neftçi"dən təklif almamışam. Amma alsam da, dəyərləndirməyə çalışaram. Bilirəm ki, "Xəzər Lənkəran" və "Neftçi" klublarının münasibəti yaxşı deyil. Amma mən peşəkar oyunçuyam. "Xəzər Lənkəran"da olduğum müddətdə bütün gücümülə oynamışam. İndi də "Neftçi"yə gəlsəm belə edərəm. Ümid edirəm ki, "Xəzər Lənkəran" fanatları məndən inciməz". (sportinfo)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43