Dünyadan

Balotelli qəhrəman oldu

Son illərdəki performansıyla istəniləni verməyən Balotelli “Nitsa”nın 58 il sonra çempionluq xəyalı qurmasına səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, “Nitsa”nın “Nant” ilə qarşılaşdığı matçın 75-ci dəqiqəsində oyundan çıxan Marionun üzündətəbəssümü rahatlıqla görmək mümkün idi. Buna əsas səbəb Mourinyo, Mançini, Rodcers kimi çalışdırıcılar ilə istədiyiperformansı göstərə bilməyən futbolçunun “qırmızı-qaralar”da vurduğu qollar və Favrenin rəhbərlik etdiyi klubun çempionluğa əsas namizədlərdən biri olmasıdır.

Liqada 12 həftə geridə qalarkən, ilk pillədə qərarlaşn Nitsa 29 xalla PSJ, “Monako”, “Lion” kimi nəhəngləri geridə buraxmağı bacarıb. Balotelli isə yalnız atdığı 7 qolla deyil, müdafiəyə və hücumlara verdiyi qatqı ilə də diqqəti cəlb edir.

Balotelli və “Nitsa” bir neçə ay daha bu performansını davam etdirə bilsə, 58 il sonra çempionluq mahnıları söyləyə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43