Dünyadan

Kontedən Fabreqas və Oskar açıqlaması

“Çelsi” klubunun baş məşqçisi Antonio Konte, Sesk Fabreqas və Oskarın gələcəkdə də “Stemford Bric”də olmasını istəyir.

İdmanxeber.com-un məlumatına görə, ispan və braziliyalı iki oyun qurucu da bu mövsüm “Çelsi”də ikinci planda qalıb. Konte komandasını 3-4-3 ilə meydana çıxarmaq kimi radikal və çətin dəyişikliyə imza atarkən, iki oyunçunun da belə bir taktikada hansısa rolunun olduğu görünmür.

Fabreqas, “Arsenal”a qarşı məğlubiyyətlə bitən 3-0-lıq matçın ardından baldırından zədələnməsi səbəbindən forma şansı tapa bilmədi.

Oskar isə komandasının uğurlu çıxış etdiyi son dövrlərdə yalnız iki dəfə oyunun gedişatında meydana girərkən, baş məşqçi bütün bunlara baxmayaraq, Midlsboro ilə oyun öncəsi futbolçusunu cəsarətləndirəcək cümlələr qurub:

“Onun gələcəyi Çelsidədir, nöqtə” , deyən Konte, Oskarın özü üçün heyətdəki əhəmiyyətli oyunçulardan biri olduğunu ifadə edib.
Fabreqas ilə bağlı danışan çalışdırıcı, “Yaxşı vəziyyətdədir və bazar günü oynaya biləcək”, deyərək onu Oskar ilə birlikdə növbəti mövsüm də London təmsilçisində görmək istədiyini söyləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43