Dünyadan

Mourinyonu əsəbləşdirən sual

“Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyonun “Arsenal” matçı öncəsi mətbuat konfransı olduqca gərgin keçib.

İdmanxeber.com-un məlumatına görə, mətbuatda Kris Smollinqin ayaq barmağında qırıq olduğu və dörd həftə meydandan uzaq qalacağı danışılırdı. Ancaq bu məlumat klub tərəfindən təsdiqlənməyib. 

Mətbuat mənsublarına yalan xəbər verdikləri üçün əsəbləşən Mourinyo, “Smollinqi məndən soruşmayın. Mənbələriniz var, onlara güvənib xəbər hazırlayırsız. 15 gündür ki, bu insanların sizə söylədiklərini yazırsız. Sonra da gəlib, mənə eyni mövzu ilə bağlı sual verirsiz soruşursunuz. Soruşmayın”, – deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43