Dünyadan

“Depay anası üçün darıxır”

PSV klubunun sabiq çalışdırıcısı Fred Rutten yaxından tanıdığı Memfis Depayın formsuz olma səbəbini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Luis van Qaal dövründə PSV-dən "Mançester Yunayted"ə böyük ümidlərlə transfer edilən, ancaq heç cür gözləntiləri qarşılaya bilməyən Memfis Depay üçün ölkəsindən sürpriz bir şərh gəlib.

Depayı yaxından tanıyan məşqçisi Fred Rutten, "Memfis anasına çox bağlı bir uşaqdır. Onun üçün çox darıxır və hər zaman görə bilmədiyi üçün bu vəziyyətdədir. Özü isə çox qabiliyyətlidir. Klub dəyişikliyinin özü üçün çox yaxşı olacağını düşünürəm. Qış fasiləsində başqa bir komandaya icarəyə verilərsə, mövsüm sonunda Yunaytedə tam fərqli futbolçu olaraq qayıda bilər", – deyə bildirib.

Xatırladaq ki, Türkiyə təmsilçisi "Qalatasaray"ın "Dortmund"dan transfer etdiyi, ancaq heç bir rəsmi matça çıxmadan komandadan ayrılan Qrosskroytz da anası üçün darıxdığı səbəbiylə ölkəsi Almaniyaya qayıtmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43