Kateqoriyasız

“Baltsan”ın baş məşqçisi: “Səfər oyunlarında yaxşı oynayırlar”

“Neftçi” Avropa Liqasının qrup mərhələsində çıxış etmiş komandadır və top klublarla oyunda yaxşı nəticə əldə edib. Onlar səfər oyunlarında yaxşı təşkil olunan komandaya sahibdirlər. “Neftçi”də xətləararası əlaqə yüksək dərəcədədir və çox sürətli hücum qururlar”. 

İdmanxeber.com-un məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyundan öncə keçirilmiş mətbuat konfransında Malta “Baltsan”ının baş məşqçisi Oliver Spiteri deyib.

Oyunöncəsi fikirlərini bildirən baş məşqçi Bakı təmsilçisinin yaxşı təşkil olunmuş komandaya sahib olduğunu söyləyib: 

“Biz də öz komandamıza bələdik. Öz oyunumuzu oynayacağıq və çalışacağıq ki, 180 dəqiqənin sonunda nəticə qazanan tərəf biz olaq”.

Qeyd edək ki, bu gün Maltanın Paolu şəhərindəki “Hibernian” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43