Dünyadan

“Barça” yeni cinah müdafiəçisi axtarışında

"Barselona", cinah müdafiəçisi mövqeyində olan problemləri qısa vədədə həll etməyi hədəfləyir.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Luis Enrike, həll yolu üçün "Stok Siti" forması geyən Qlen Consonu yaxından təqib edir.

Dani Alvesin komandadan ayrılmasından sonra bu bölgədə çətinliklər çəkən "Barça", son dövrlərdə Vidaldan də faydalanmamış və bu bölgədə Serji Roberto forma geymişdi.

Bütün baş verənlərə görə, yaxın müddətdə problemli bölgəyə transfer etmək istəyən Enrike əsas hədəf kimi 32 yaşlı ingilis müdafiəçini müəyyənləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43