“Barselona” kapitanı Serxio Busketsi komandada saxlamağı bacarıb.
İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu baş məşqçisi Xavi ilə söhbətdən sonra getmək fikrindən daşınıb.
34 yaşlı yarımmüdafiəçi bundan sonra yeni müqavilə ilə bağlı düşünəcəyini bildirib.
Qeyd edək ki, 2005-ci ildən Kataloniya təmsilçisində çıxış edən Serxio Busketsin müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.