Dünyadan

“Barselona” 4 milyon verir, onlar 30 milyon tələb edirlər

“Barselona” “Las-Palmas”ın müdafiəçisi Maurisio Lemosu heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya təmsilçisi 20 yaşlı futbolçu üçün qarşı tərəfə 4 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Lakin “Las Palmas” uruqvaylı futbolçuya görə “Barsa”dan 30 milyon avro tələb edir.

Qeyd edək ki, Lemos “Las Palmas”ın heyətində 10 matçda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43