Kateqoriyasız

Prosineçki: “Onun qarşısında baş əyirəm”

“Mən Azərbaycan millisini çalışdırıram. Təxminən 10 gün sonra Andorra ilə keçirəcəyimiz oyun var. Məni hazırda Xorvati millisinin durumu yox, bu oyun maraqlandırır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis Çempionlar Liqasının final oyunu haqqında da fikirlərini bildirib:

“Atletiko” güclü komandadadır. Mən bu komandanı finala çıxardan baş məşqçisi Dieqo Simeonenin qarşısında baş əyirəm. Onlar “Barselona” və “Bavariya”nı mübarizədən kənarlaşdırıb. Ancaq “Real”ın yüksək səviyyəli bir çox oyunçusu var.  “Real” həmişə “Real”dır. Bu səbəbdən də onların 11-ci dəfə Çempionlar Liqasının qalibi olacağını gözləyirəm”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43