Dünya futbolu

“Barselona” gənc futbolçusunu satışa çıxarır

“Barselona” gənc futbolçusu Abde Ezzalzulini satmağı düşünür.

İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu maliyyə böhranı yaşadığı üçün belə bir qərar verib. Hazırda icarə əsasında “Osasuna”da çıxış edən gənc oyunçu performansı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

21 yaşlı futbolçunun 25-30 milyon avro qarşılığında satılacağı bildirilir. Mərakeş millisinin də üzvü olan Abdenin yayda komandadan ayrılacaq.

Daha öncə futbolçu ilə “Atletiko” və “Tottenhem”in maraqlandığı bildirilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43