Dünya futbolu

“Tottenhem” Konteni bu həftə göndərir

“Tottenhem” baş məşqçi Antonio Konte ilə yollarını ayrımağa hazırlaşır.

İdmanxeber.az “The Guardian”a istinadən xəbər verir ki, italiyalı bu həftə istefaya göndəriləcək. Köməkçi məşqçi Rayan Meyson mövsümün sonuna qədər baş məşqçi postunu tuta bilər.

Kontenin son turda “Sauthempton”la oyundan sonra oyunçuların əleyhinə dediyi sözlər ciddi narazılıq yaradıb. Heyətdə bəzi futbolçular onun komandadan getməyini istəyirlər. 

“Tottenhem” Premyer Liqada 49 xalla 4-cü pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43