Dünya futbolu

“Qətərdə sistem əla işləyir” – Zlatan İbrahimoviç

Zlatan İbrahimoviç yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, isveçli futbolçu ötən il Qətərdə keçirilən dünya çempionatı barədə də danışıb. O, hər şeyin çox yaxşı olduğunu bildirib:

“Fantastik idi. Ailəm və mən iki gün orada qaldıq. Təşkilatçılıq, matçlar, azarkeşlər, yemək hər şey mükəmməl səviyyədə idi. Bu turnir vasitəsi ilə Qətərdə insanlara iş tapmaq imkanı verildi. İşçilərlə necə rəftar etdiklərini görmədim, ona görə də bu barədə dəqiq nəsə deyə bilməyəcəm.

Ancaq Qətərdə sistem əla işləyir. Orada cinayət, narkotik yoxdur. İsveçdə isə bunlar kifayət qədərdir. Hiss olunur ki, Qətər sistemi işləyir. İsveçin sistemi işləyirmi? Bəli işləyir, amma yüz faiz olub-olmadığını bilmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43