Dünya futbolu

Baş məşqçi uduzmur, klub cərimə ödəyir

Fransanın “Nitsa” klubunun məğlubiyyətsizlik seriyası davam edir.

İdmanxeber.az-ın məlumatına görə, komanda yeni baş məşqçi Didye Diqarın gəlişindən sonra məğlub olmur. 36 yaşlı mütəxəssis 13 oyundur uğurlu seriyanı davam etdirsə də, hər matçda klubunu ziyana salır.

Belə ki, fransalı çalışdırıcının pro məşqçilik lisenziyası olmadığı üçün “Nitsa” hər oyun üçün 25 min avro cərimə ödəyir.

28 turdan sonra “Nitsa” Liqa 1-də yeddinci yerdədir. Komanda Konfrans Liqasının 1/4 finalında “Bazel”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43