İdman

“Fənərbağça” evdə “Milan”a uduzdu

Basketbol üzrə Avroliqanın 24-cü turundan təxirə salınan oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin turnirdəki təmsilçilərindən “Fənərbağça” doğma meydanda “Milan” klubunu qəbul edib. Görüş qonaqların 82:75 hesablı qələbəsi ilə sona çatıb.

Bununla da İstanbul təmsilçisi 4-cü matçda 3-cü məğlubiyyətini alıb. 

“Fənərbağça” hazırda turnir cədvəlində 5-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43