Dünya futbolu

“İnsanlara səhvə yol verdiklərini sübut etmək istəyirəm” – İbrahimoviç

“Getmək həddən artıq asan olardı. Mənim üçün bu, son deyildi. Fərq yaratmaq üçün millidəyəm. Əks halda, burada olmazdım. Yaşım haqda danışmaq istəmirəm. Hələ görməli olduğum çox iş var və üzərimdən xətt çəkən insanlara səhvə yol verdiklərini sübut etmək istəyirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri ulduz futbolçu Zlatan İbrahimoviç deyib.

Yenidən İsveç millisinin uğurları üçün çıxış edəcək təcrübəli futbolçu daha sonra bunları deyib:

“Son 14 ay ərzində 3 dəfə əməliyyat keçirdim. Bir müddət yaxşılaşma müşahidə olunmadı, tunelin sonunda işıq görünmədi. Ancaq dizimin vəziyyəti tədricən düzəldi.

Heç vaxt təslim olmuram. Sınaqlar mənə adrenalin verir. Hətta siz jurnalistlər lap əvvəldən həddindən artıq eqoist, heç kimə bənzəmədiyimi, coşqun olduğumu yazırdınız. Bununla mənə kömək etdiniz və hələ də edirsiniz. Daxilimdə həmişə mənə şübhə ilə yanaşanlara səhvə yol verdiklərini göstərmək istəyim olacaq.

Dünən komanda ilə birgə nahar vaxtı oğlanlara dedim ki, yəqin ki, axmaq olduğumu düşünür, bu yaşda burada nə etdiyimi soruşursunuz. Amma vaxtın nə qədər tez keçdiyini görəcəksiniz, yaşınız 40-a yaxınlaşanda sizə də karyeranızı bitirmək qorxulu gələcək. Bu, az qala təşviş yaradır. Buna görə də həzz alın və sahib olduqlarınıza dəyər verin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43