Dünya futbolu

İspaniya klubları “Fəbərbağça”lı üçün gələcək

“Fənərbağça”nın gənc futbolçusu Arda Güler İspaniya klublarının diqqət mərkəzindədir.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı oyunçunun performansı bir neçə klubun marağına səbəb olub. Belə ki, “Atletiko”, “Sevilya” və “Barselona” Güleri heyətinə qatmaq niyyətindədir.

Hər üç klub da mövsüm sonu İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq. Klub gənc futbolçunu buraxmaq niyyətində olmasa da, onun üçün gələcək təkliflər Ardanın gələcəyinə təsir edə bilər.

Daha öncə Almaniya “Borussiya”nın da oyunçunu yaxından izlədiyi bildirilmişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43