“Barselona”da baş məşqçi məsələsinə aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, Katoloniya təmsilçisi Luis Enrike ilə yollarını ayırmağı düşünmür. Bu barədə məlumatı klubun prezidenti Xosep Mariya Bartomeu verib. Klub rəsmisi Enrike ilə yeni müqavilə imzalamaq niyyətində olduqlarını deyib:
“Bizim apreldə Luis Enrike ilə danışıqlara başlamaq niyyətimiz var. Hədəfimiz onunla uzunmüddətli müqavilə imzalamaqdı. Başqa planımız yoxdur”.
Qeyd edək ki, 46 yaşlı çalışdırıcı 2014-cü ildən “Barselona”nı çalışdırır.