Premyer Liqa

Ruslan Abışovun nə zaman oynayacaq?

Premyer Liqanın 19-cu turunda “Kəpəz”ə qarşı keçirilən oyunda zədələnən “NEftçi”nin futbolçusu Ruslan Abışovun durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, tibbi müayinədən keçən kapitanın əzələsini dartığı aşkarlarnıb. Bu səbəbdən o, 1 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun növbəti turda AZAL-a qarşı keçiriləcək görüşdə iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” matçı 0:0 hesablı bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43