Dünyadan

“Barselona”dan son dəqiqə transferi – RƏSMİ

Xorvatiyanın “Dinamo” klubunun gəc üzvü Alen Haliloviçin “Barselona”ya keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, 2.2 milyon avro qarşılığında Zaqreb klubundan katalonlara keçən 1996-ci il təvəllüdlü futbolçu ilə 5 illik müqavilə imzalanıb. Yarımüdafiəçi hələlik ehtiyat komandada oynayacaq.

2013-ci ildə Xorvatiya millisinin heyətində debüt edən futbolçu Portuqaliya ilə görüşdə meydana çıxaraq, ən gənc milli üzvü adını daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43