“Veteranlar” rubrikasının budəfəki qonağı keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasının seleksiya qrupunun rəhbəri vəzifəsində çalışan Böyükağa Ağayevdi. 1948-ci ildə yanvarın 15-də Bakıda anadan olan Böyükağa Ağayevin zəngin futbol karyerası daha çox məşqçi fəaliyyəti ilə bağlıdır. Hələ SSRİ dövründə bir sıra komandalarda çalışan mütəxəssis daha çox köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Həmin illərdə ölkənin əsas klubu olan “Neftçi”də də bu funksiyanı yerinə yetirən Ağayev müstəqillik dövründə baş məşqçi kimi də uğurlar əldə edib.
1993-cü ildə baş məşqçi Sergey Kramarenkonun cəzalanmasından sonra “Neftçi”ni 2 oyuna çıxaran Ağayev ölkə çempionatlarında baş məşqçi kimi debütü reallaşıb. 2008/09 mövsümündə Hans Yurgen Gedenin istefasından sonra da köməkçi-məşqçi olan Ağayev “ağ-qaralar”a rəhbərlik edib. Həmin mövsüm və növbəti çempionatın ilk 3 turunda “Neftçi”ni meydana çıxaran mütəxəssis sonradan səhhəti ilə bağlı postundan uzaqlaşıb.
Ağayevin baş məşqçi kimi uğurları isə “Qarabağ”la bağlıdır. 3 dəfə bu kluba baş məşqçi təyin olunan mütəxəssisin iki cəhdi uğurlu alınıb. 1994/95 mövsümünün ilk dövrəsindən sonra postunu tərk edən çalışdırıcı 1999-cu ildə yenidən Ağdam təmsilçisinə qayıdıb. Bu dəfə də yalnız 1 dövrə iş başında olan Ağayev mövsümün startında avrokuboklarda tarix yazıb. Avrokuboklarda mərhələ adlayan ilk Azərbaycan klubunun başında duran mütəxəssis İntertoto kubokunda İsrail “Makkabi”si (Hayfa) üzərində qələbənin (2:1, 0:1) memarı olub. Məhz bu qələbə ilə Fransa “Monpelye”si kimi səviyyəli klub ötən əsrin 90-cı illərində ölkəmizə gəlib. 2006-cı ildə yenidən Ağdam klubuna başçılıq edən çalışdırıcı 2005/06 mövsümündə Azərbaycan kubokunu qazandırmaqla komandasını avrokuboklara çıxarıb. Lakin ilin sonunda postunu tərk edib.
1995-ci ildə və 1996/97 mövsümündə rəhbərlik etdiyi “Kür-Nur”u Azərbaycan kubokunun finalına daşıyan Ağayev 2000-ci ildə qısa müddətdə “Turan”a da rəhbərlik edib. 2001-04-cü illərdə “Xəzər Universiteti”ni autsayderlər siyahısından iddialılara qədər daşıyan mütəxəssis avrokuboklarda 2-ci dəfə mərhələlər adlamağı bacarıb. Texniki qələbə ilə də olsa komandası İntertoto kubokunda mərhələ keçdikdən sonra “İnter”ə çevrilib.
2012-ci ilin payızında “Qəbələ”nin seleksiyaçısı təyin olunan mütəxəssis bunadək “Simurq”da köməkçi məşqçi olub. Burada da komandanı 1 görüşə baş məşqçi əvəzi kimi çıxarıb. 2010/11 mövsümünün sonunda Qyoko Hacıyevskinin istefasından sonra Ağayev son turda iş başında olub. Bununla da Ağayevin ölkə çempionatının yüksək dəstəsindəki baş məşqçilik etdiyi oyunların ümumi sayı 174-ə çatıb. Təcrübəli məşqçi bu göstəricidə 12-cidir.
Məhəllədən başlayan futbol həyatı
Təəccübə səbəb olan 140 rubl
– İlk maaşımı “Lokomotiv”dən almışam. Məni komandaya dəvət edəndə hələ orta məktəbdə – 11-ci sinifdə oxuyurdum. Səfərə – Rostova yarışa gedirdik. Səfər öncəsi çağırdılar və 140 rubl maaş verdilər.
– Böyük qardaşımın marağı yox idi. Amma ortancıl qardaşım həvəskar səviyyədə məşğul olurdu. O, qapıçı idi.
– 1974-cü ildə “Belaya Kalitva”da çıxış etdiyim zaman dizimdən zədə aldım. Həmin dövrdə həkimlər dizlə bağlı zədələrdə uğurlu əməliyyat edə bilmirdilər. Ardıcıl əməliyyatlar keçirmək məcburiyyəti yaranırdı. Dizim məni çox incitdi. Bir oyun oynayırdım, zədəm yenidən ortaya çıxırdı. Bu səbəbdən də karyeramı bitirmək qərarına gəldim. Həm də Volqaqradda Bədən Tərbiyəsi İnstutunda oxuyurdum. Yəni futbol sahəsində işləmək perspektivim var idi.
Topa tuş gələn toyuq, uğursuz cənazə
– SSRİ dövründə tələb bu formada idi. Karyerasını yeni bitirmiş futbolçuları ilk növbədə aşağı yaş qruplarında işləməli idilər. Uşaqlarla işləyib nəticə verdikdən sonra getdikcə yuxarı yaş qruplarına təyin edirdilər. Yəni aşağıdan yuxarıya doğru pillə-pillə inkişaf etməliydin. Amma indi bu məqama diqqət yetirilmir.
Həmin dövrdə hakimlər üçün işləmək çox çətin idi. Regionlarda əgər yerli komanda məğlub olurdusa, azarkeşlər mütləq hakimi günahlandırırdılar. Həm rəqib komandaya, həm də referiyə hücumlar olurdu. Ümumiyyətlə, səfərdə qələbə qazanmaq çox çətin idi. Həmin dövrdə stadionlara azarkeş axını daha çox idi. Çünki komandalarda əsasən həmin rayonu təmsil edən futbolçular çıxış edirdilər. Futbolçuların yaxınları, dostları, qonşuları stadiona gələndə azarkeş sıxlığı yaranırdı.
– Sözsüz. İlk çempionatda 24 komanda iştirak edirdi. Həmin dövrdə aşağı üzvlük haqqı tələb olunurdu ki, komandalar çıxış edə bilsin. Meydançaların, soyunub-geyinmə otqlarının vəziyyəti bərbad idi. Bir şey danışım. 94 ya da 95-ci il olardı, dəqiq xatırlamıram. Getmişdik Bərdəyə oyuna. Stadionun ətrafında məcburi köçkünlər yaşayırdılar, həyətlərində toyuq saxlayırdılar. Toyuqların çox hissəsi meydançada olurdu. Onlar birtəhər meydançadan qovub oyuna başlamışdıq. Hücumların birində Yunis Hüseynov qapıya doğru qüvvətli zərbə vurdu. Top da getdi dəydi meydançada gəzinən toyuğa. Toyuq yumbalandı, tükləri çıxdı. Səs-küyü götürdü aləmi. Hamı gülüşdü.
Davamçı ümidi
– Oğlum hazırda ROİL-də məşqçi işləyir. O da uşaq futbolu ilə məşğul olur. Futbolçu karyerası o qədər də yaxşı alınmadı, amma məşqçi kimi pis deyil.
– İki oğlan nəvəm var. Böyüyünün futbola həvəsi yoxdu. Amma kiçiyi topsuz dayana bilmir.