Dünyadan

“Barselona”lı futbolçu “Mançester Yunayted” və “Liverpul”un maraq dairəsində

"Barselona"nın futbolçusu Aleksnadr Sonq karyerasını böyük ehtimalla Premyer Liqada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, İngiltərənin 3 klubu – "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" kamerunlu yarımmüdafiəçini transfer etmək üçün hərəkətə başlayıb.

Böyük ümidlərlə "Barselona"ya gətirilən Sonq geridə qalan mövsüm sadəcə 19 oyunda iştirak edib, heç nə ilə yadda qalmayıb.

La Liqa nəhəngi əsas heyətdə özünə yer edə bilməyən 26 yaşlı futbolçunu satacaq. Ancaq onun hansı kluba keçəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki,Sonqun transferi 8 milyon funt dəyərində qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43