Dünyadan

Avropada ilk transfer bombası: 50 milyon funta PSJ-yə

İngiltərənin “Çelsi” klubu aparıcı üzvü David Luizi PSJ-ə satmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, “zadəganlar”ın rəsmi saytında yer alan xəbərə görə Braziliya millisində dünya çempionatına hazırlaşan Luiz yaxın günlərdə Fransaya, tibbi müayinədən keçmək üçün yollanacaq. 

Bu transferin 50 milyon funt dəyərində olduğu bildirilir. Belə olan halda, David Luiz müdafiəçilər arasında dünyanın ən bahalı futbolçusu olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43