Dünyadan

“Barselona”nın transfer etmək istədiyi futbolçunu “Real” “oğurladı”

İspaniyanın iki nəhəng komandası – “Real” və “Barselona” “Portu”nun braziliyalı futbolçusu Danilonu heyətinə qatmaq uğurunda mübarizəni davam etdirirlər.

İdmanxeber.com İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real” Danilo transferində daha aktiv olan tərəfdi. Artıq “kral klubu”nun futbolçu ilə ilkin razılığa gəldiyi iddia edilir. Sözügedən transferə görə, ispanlar qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdı. “Real” Danilonu yayda yollarını ayıracaq Arbeloanın mövqeyi üçün alır. 

“Barselona” isə Danilonu yayda komandadan göndəriləcəyi gözlənilən Dani Alveşə əvəzləyici kimi görür. 

“Barselona”nın sabiq futbolçusu Karles Rekac yerli radiolardan birində verdiyi açıqlamada Danilonun “Real”la anlaşdığını bildirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43