Kateqoriyasız

Ulduz futbolçularla birgə çıxış edəcək futbolçu: “Qarabağ” həyatımda yeni səhifə açdı”

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina yığmasına çağırılıb. 

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı qolkiper bu barədə klubun rəsmi saytına danışıb: “Təbii ki, milliyə dəvət almaq xoş bir duyğudur.Hər bir futbolçu ölkəsinin yığma komandasında çıxış etmək istəyər.Yenidən milli komandadakı dostlarımla eyni abu-havanı paylaşacağım üçün çox xoşbəxtəm. Təbii ki, milliyə çağırılmağımda “Qarabağ”ın uğurlu çıxışının az rolu olmayıb. Komandamızda millilərə dəvət alan futbolçuların çoxalması bunun göstəricisidir.”Qarabağ” həyatımda yeni səhifə açdı. Ötən il çempion olduq, Avropa Liqası ilə şanssız şəkildə vidalaşdıq. “Qarabağ”la hələ 3 illik müqaviləm var. İnanıram ki, “Qarabağ”da nə qədər çox uğur qazansam milliyə də yolum açıq olacaq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43