Dünyadan

Bekhem başında yumurta sındırdı – VİDEO

İngiltərə millisinin keçmiş kapitanı və “Mançester Yunayted”in ulduz futbolçusu olmuş Devid Bekhem, Cimmi Fellonanın məşhur şousunda iştirak edib.

Proqramın sujetinə əsasən aparıcı və Bekhem “Rus ruletkası” oynayıblar. Tapancanı futbol topu kimi bəzədilən yumurta əvəzləyib. Cimmi Fellonanın assisentinin gətirdiyi qutuda 12 "güllə" var idi. Onlardan 4-ü çiy, 8-i bişmiş idi. Kim ilk olaraq 2 çiy yumurtanı başında sındırsa, o uduzur.

Bu oyunda uduzan tərəf Bekhem olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43