Dünya futbolu

Benzema yeni müqavilə imzalayır

Kərim Benzema “Real”dan ayrılmayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Madrid klubunun prezidenti Florentino Peres məlumat verib. O deyib ki, fransalı hücumçu ilə müqavilənin müddətini uzadacaqlar.

“Real”ın Benzema ilə 4 və ya 5 illik yeni müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Kral klubu”nda oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43