Dünya futbolu

Benzemaya şok ittiham: adam oğurluğunda günahlandırılır

“Real”ın futbolçusu Kərim Benzemanın adı növbəti qalmaqalda hallanıb.

Fransa mətbuatının yaydığı xəbərə görə,  hücumçunun qohumları onun  keçmiş agenti  Leo D’Souzu oğurlamağa cəhd edib. Leo D’Souz  məhkəməyə müraciət edərək hadisənin bu ay keçirilən PSJ – “Lion” matçından sonra baş verdiyi bildirib. Futbolçu və agent arasında pul məsələsi ilə bağlı problemlər olduğu iddia edilir.

Qeyd edək ki, Benzema bundan əvvəl “Fənərbaxça”nın oyunçusu Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunub. Bu səbəbdən o, 2015-ci ildən Fransa millisnin baş məşqçisi Didiye Deşam tərəfindən heyətdən və indiyə qədər də çağırılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43