Kateqoriyasız

Berti Foqts: “Bu gün bütün suallara aydınlıq gəldi”

“Rusiya millisini təbrik edirəm. Rəqib bizdən həm taktiki, həm texniki cəhətdən güclü idi. Görmək istəmədiyim xeyli səhvlər gördüm. Belə oyunlarda bəzi eksperimentlər edirik. Əks halda, yoldaşlıq oyunlarının mənası olmaz. Bu gün rəqib tək psixoloji cəhətdən yox, həm də sürət baxımından üstün idi”.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts Rusiyaya məğlub olduqları yoldaşlıq oyunundan (0:4) sonra deyib.

“Avro-2016″nın seçmə mərhələsi haqda danışan almaniyalı mütəxəssis bildirib:

“Ev oyunlarında biz bütün güclü rəqiblərə sürpriz etməyə qadirik. Mən komandama inanıram. Bolqarıstan yığması ilə görüşə çıxacaq start heyəti haqda fikirlərim var idi. Amma bu gün bütün suallara aydınlıq gəldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43