Ölkə futbolu

Berti Foqtsun növbəti bəhanələri

Milli komandamızın baş məşqçisi Berti Foqts Qırğızıstanla keçirilən oyundan sonra baş tutan mətbuat konfransında matç haqda fikirlərini bildirib:

“Rəqibimiz yaxşı oyun sərgilədi. Bu gün bəzi futbolçuları sınaqdan keçirdim. Hamısından razı qalmadım. Komandam yalnız son 20 dəqiqədə yaxşı oynadı. Biz daha yaxşı ot örtüyünə malik stadionda oynamaq istərdik. Kombinasiyalı oyun sərgilədiyimiz üçün belə meydançada çıxış etmək bizə çətindir. Qələbə üçün əlimizdən gələni etdik. Təəssüf ki, Ruslan Abışov oynamadı. Futbolçular topsuz oynaya bilmirlər. Komandada hələ də problemlər var. Demək olmaz ki, bu yığmada sonuncu oyunum idi. Onu da deyim ki, futbolçular baş məşqçi üçün deyil, ölkə üçün oynamalıdırlar”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43