Ölkə futbolu

“Qarabağ” hazırlaşır

Premyer Liqanın XIV turunda “Rəvan”la qarşılaşacaq “Qarabağ” klubu bu oyuna tam heyətlə hazırlaşa bilmir.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, milli oyunçulardan əskik çalışan komandada Rəşad Sadıqovla Admir Teli də “Qarabağ”dan ayrı düşüb.

Sadıqov belindən, Admirsə barmağından aldığı zədənin bərpasıyla məşğuldur. Albaniya millisinə yollanmış Ansi Aqolli isə artıq geri dönüb və komandanın hazırlıqlarında iştirak edir.

Yaranmış fasilədə yoxlama matçı keçirməyən komanda mövcud futbolçularla 2 tərəfli oyunda qüvvəsini sınayıb. Suraxanıdakı məşq meydançasında baş tutan oyun 40 dəqiqlik 2 hissədən ibarət olub.

Qeyd edək ki, “Qarabağ” – “Rəvan” oyunu noybarın 24-də, Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43