Dünyadan

“Beşiktaş” azarkeşləri üçün bəd xəbər

“Beşiktaş”ın əsas “qol silahı” Demba Ba karyerasını Çində davam etdirəcək.

İdmanxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, seneqallı hücumçu Çinin “Şanxay Şenxua” klubuna transfer olunur.

“Qara qartal” forvard üçün qarşı tərəfdən 14 milyon avro tələb edib ki, çinlilər də Demba Ba üçün bu məbləğdən keçməyə hazır olduqarını bildiriblər.

Qeyd edək ki, 30 yaşlı futbolçunun  “Beşiktaş”la 3 il müqaviləsi qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43