Ölkə futbolu

“Beşiktaş” – “Neftçi” oyunu avstriyalı hakimə həvalə olundu

“Neftçi”nin UEFA Konfrans Liqasında Türkiyə klubu “Beşiktaş”a qarşı keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, avqustun 17-də baş tutacaq cavab qarşılaşması Avstriyadan olan hakimlər briqadasına həvalə olunub.

İstanbulda gerçəkləşəcək matçda Yulian Veinberger ədaləti qoruyacaq. Ona Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.

Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43