Dünya futbolu

“Beşiktaş” Portuqaliyadan futbolçu transfer etdi

“Beşiktaş” növbəti transferini reallaşdırır.

İdmanxeber.az “Fanatik”ə istinadən xəbər verir ki, “qara qartal” Portuqaliyanın “Vitoriya” klubundan Tayler Bondu transfer edib. Amerikalı futbolçunun keçidi Türkiyə klubun 2.5 milyona başa gəlib. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ABŞ millisin üzvü ötən mövsümün ikinci yarısını “Ankaragücü”ndə keçirib. 24 yaşlı cinah futbolçusu 14 oyuna 6 qol vurub, 4 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43