Dünya futbolu

“Beşiktaş”dan növbəti transfer

Son Türkiyə çempionu olan “Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib.

“Qara qartallar” “Sanderlend”in yarımmüdafiəçisi Jermen Lensi transfer edib. “NTV Spor”un məlumatına görə, 29 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi Lensin keçidi üçün “qara pişiklər”ə 5 milyon avro ödəyib.

Qeyd edək ki, Hollandiya millisinin üzvü ötən mövsüm icarə əsasında “Fənərbaxça”da çıxış edib və 25 oyuna 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43