Ölkə futbolu

“Qəbələ” – “Panatinaikos” matçına nə qədər bilet satılıb?

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” “Bakcell Arena”da Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, oyuna azarkeşlər tərəfindən maraq olduqca böyükdü. Artıq oyunun biletləri bitmək üzrədi. Klubun mətbuat xidmətindən saytımıza verilən məumata görə, kassalardakı biletlərin yaxın 2-3 saat ərzində bitəcəyi gözlənilir.

Qeyd edək ki, “Bakcell Arena” 10 min 500 nəfər azarkeş tutumuna malikdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43