Dünya futbolu

“Beşiktaş”ın zədəlisi sıraya döndü

Uzun müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan “Beşiktaş”ın futbolçusu Caner Erkin artıq meydana çıxmağa hazırdı.

Türkiyə millisinin üzvü Avropa Liqasının 1/8 final mərhələsi çəçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşi keçiriləcək matçın heyətinə daxil edilib. 5 aydır zədə səbəbindən komandasına kömək edə bilməyən təcrübəli müdafiəçi baş məşqçi Şenol Günəşin şans verəcəyi halda Afina təmsilçisinə qarşı oynaya biləcək.

Qeyd edək ki, “Olimpiakos” – “Beşiktaş” qarşılaşması 9 mart Bakı vaxtilə saat 00:05-də start götürəcək.

Xatırladaq ki, Caner Erkin oktyabrın 23-də Super Liqada “Antalyaspor”la görüşdə zədələnərək uzunmüddətli sıradan çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43