Premyer Liqa

Bezotosnı “Qəbələ”nin 2-cisidir

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, VII turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, “Qəbələ”nin 2-cisidir.

2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya “İnter”lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43