Premyer Liqa

130-cu qələbə

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub. “Qəbələ” ötən mövsümdə olduğu kimi ilk dövrəni lider kimi başa vurub.

İdmanxeber.com xəbər verir ki, VII turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar”ın liderliyi iki seriya ilə müşayiət olunur.

Qələbə və qol buraxmamaq seriyalarında rekorduna doğru irəliləməkdə olan “Qəbələ” bir ilkə də imza atıb. Ardıcıl 5 quruhesablı qələbə qazanan “qırmızı-qaralar” tarixində ilk dəfə bunu gerçəkləşdirib. Bunadək rekord 4 oyundan ibarət idi. Ötən mövsümün V-VIII turlarında komanda 4 oyunda qol buraxmadan qalib gəlmişdi.

“Qarabağ”la görüş bir neçə yubileylə də əlamətdar olub:

– “Qəbələ” Premyer Liqada 130-cu qələbəsini qazanıb.

– “Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında 90-cı oyununa çıxıb.

– Dmitri Bezotosnı Premyer Liqada 50-cı oyununu keçirib.

– Rəşad Sadiqov 70-ci, Asif Məmmədov 50-ci dəfə “qırmızı-qara” forma geyinib.

– Baqali Dabo “Qəbələ”də 10-cu qolunu vurub. O, ən azı 10 dəfə fərqlənən 15-ci oyunçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43