Ölkə futbolu

“Böyük oyun”: “Xəzər Lənkəran”da son durum

"Komanda "Neftçi" ilə oyuna hazırlıqlarını tam gücü ilə davam etdirir. Hər hansı bir itki yoxdu".

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında avqustun 25-də evdə "Neftçi"ni qəbul edəcək "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

O, "Böyük oyun" öncəsi sadəcə qapıçı Orxan Sadıqlının yüngül zədəsinin olduğu və çox güman ki, bu oyuna yetişəcəyini bildirdi:

"Bircə Orxan Sadıqlının zədəsi var ki, böyük ehtimalla o, "Neftçi" ilə oyuna yetişəcək".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43