Ölkə futbolu

Böyükağa Hacıyev: “İnter”in “Simurq”u məğlub edcəyəini gözləyirdik”

“Öz oyunumuzu oynadıq, bir qolla vacib 3 xalı qazandıq. İki hissədə də hücumda oynadıq. Son vuruş lazım idi, onu da yekunda bacardıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Paytaxt klubunun çalışdırıcısı “Bakı” üzərində qələbəni şərh edərkən, daha sonra sözlərinə belə davam edib:

“Bakı” izləyicilərimizdən biri idi, aramızdakı xal fərqini artırmalı idik. “Simurq” da “İnter”ə məğlub oldu. Bunu belə də gözləyirdik. Gələn oyun “İnter”lə qarşılaşırıq. Bir günlük istirahətdən sonra hazırlığı bərpa edəcəyik. Pantiç səmimi insandır, heç kim öz ayranına turş deməz. Biz oyun boyu üstün oynadıq, qol gec oldu. Son dəqiqələrdə Nfora olunan hərəkət qırmızı vərəqə idi. Hakim də insandır, hər səhvə görə günahlandırmaq olmaz. Nfor qoldan sonra daha bir epziodu əldən verdi, daha doğrusu Aqil Məmmədov komandasını xilas etdi”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43