Kateqoriyasız

Böyükağa Hacıyev İslandiyaya gedir

Məşqçilər Komitəsinin üzvləri Avrokubokda mübarizəni davam etdirən klublarımızın oyunlarını canlı izləyəcəklər.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in “Hafnarfyordur”la səfər görüşünə Böyükağa Hacıyev təyinat alıb. O, paytaxt klubu ilə birlikdə İslandiyaya yollanacaq.                                                                                         Serbiyada “Çukariçki” ilə üz-üzə gələcək “Qəbələ”nin səfər qarşılaşmasını Şakir Qəribov izləyəcək.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın “Rudar”la ev matçında isə komitənin digər üzvü Ağasəlim Mircavadov qeydlərini götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43