Ölkə futbolu

Böyükağa Hacıyev: “Xəzər Lənkəran” qələbəyə layiq idi”

"Əvvəlcədən də demişdim ki, kim güclüdərsə, o da qalib gəlsin. Bu gün güclü qalib gəldi".

Bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev "Xəzər Lənkəran" – "Neftçi" oyunundan sonra deyib.

"Xəzər son 25 dəqiqəni azlıqda oynamasına baxmayaraq, “Neftçi” bu üstünlükdən istifadə edə bilmədi və Lənkəran təmsilçisi sonlara doğru əzmkarlıq göstərərək qələbə qolunu vurdu və kuboku qazandı. Fikrimcə, onlar qələbəyə layiq idilər. Ümumilikdə götürdükdə, superkubokda gözlədiyim oyunu görmədim".

Qeyd edək ki, "Neftçi"ni 2:1 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" tarixi ərzində ilk dəfə superkuboka sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43