Kateqoriyasız

Böyükağa Hacıyevdən göndərmə: “Azərbaycanda işləyən gürcü məşqçilər belə mənimlə bacarmırlar”

"Bu gün bizim imkanımız var Nfor kimi futbolçu alırıq. Sizin imkanınız olsaydı, siz də alardınız. "Çixura" çox gec ayıldı və açıq futbol getdi. Futbolçularımız əlinə düşən imkanları istifadə etsəydilər hesab 5:1, 6:1 olacaqdı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Çalışdırıcı "Çixura" üzərində qələbəni şərh edərkən daha sonra sözlərinə belə davam edib:

"Çixura" hesab 1:3 olanda başladı oynamağa, onda da gec idi. Allah şahiddi ki, Azərbaycanda işləyən gürcü məşqçilər belə mənimlə bacarmırlar".

Vüsal Mirzəyev

Gürcüstan, Tiflis


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43