Kateqoriyasız

Gürcü azarkeşlərdən azərbaycanlı jurnalistlərə qarşı tərbiyəsizlik

Az öncə bitən "Çixura" – "Neftçi" matçının gedişatında gürcüstanlı azarkeşlər azərbaycanlı jurnalistlərə yad əşyalar atıblar.

İdmanxeber.com-un Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli azarkeşlər azərbaycanlı jurnalistlərə siqaret qutusu və digər yad əşyalar atıblar. Polislərin müdaxiləsindən sonra yerli fanatların bu hərəkətinin qarşısı alınıb.

Qeyd edək ki, "Neftçi" "Çixura"nı Nforun 3 qolu ilə məğlub edib.

Vüsal Mirzəyev

Gürcüstan, Tiflis


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43