Dünya futbolu Ölkə futbolu

Braziliyadan “Kəpəz”ə gələn zəng rəhbərliyi düşünməyə vadar etdi

Öncədən də xəbər verdiyimiz kimi, “Kəpəz” sabiq futbolçusu Dario Frederiko ilə güclənə bilər.

İdmanxeber.az-a daxil olan daha bir məlumata görə, braziliyalı futbolçu meneceri vasitəsi ilə “Kəpəz” rəhbərliyinə çıxış edib. “Sambaçı” ona yenidən şans verilməsini istəyib. Futbolçu hətta baxışa gəlməsini təklif edib. Klub rəhbərliyi isə bu məsələdə qərar verməyə tələsmir.

Son mövsümü Tanzaniya çempionatında yerli “Şingina Yunayted” klubunda keçirən 31 yaşlı futbolçunun zədəyə meyilli olması “Kəpəz”i daha dərindən düşünməyə vadar edib. Buna görə də, klub rəhbərliyi, məşqçilər korpusu qərar verməyə tələsmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43