Ölkə futbolu

Bruno Akrapoviç: “Futbolçularım həyəcanlı idilər”

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Makedoniyada “Şkendiya”ya 0:1 hesabı ilə uduzaraq mübarizə dayandırıb.
 
İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, görüşdən sonra mətbuat konfransında “Şkendiya”nın baş məşqçisi Bruno Akrapoviç qələbəni şərh edib.
 
“Oyunçularımla qürur duyuram. Mükəmməl oyun nümayiş etdirdik. Üstlərində böyük təzyiq var idi.Fərqi artıra da bilərdik. Bəlkə də, futbolçularım həyəcanlı idilər. Ən əsası istəyimizə nail olduq. Komandamızı daha da yuxarılara qaldırmaq istəyirik”. 
 
Akrapoviç 3-cü təsnifat mərhələsindəki rəqibi “Mlada Boleslav” haqda da danışıb:
 
“Mlada”nın oyunlarına baxmamışdım. Çünki diqqətimzi bu oyuna cəmləmişdik. Artıq rəqibi təhlil edəcəyik. “Şkendiya” uğurlu çıxışına davam etmək niyyətindədir”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43